← Ana səhifə

AI kurs

Canlı onlayn kurslar: AI ilə şəkil, video və veb sayt yaratmağı praktikada öyrən. Kurslar Azərbaycan dilində keçirilir.

AI ilə Yaradıcı Kontent

Şəkil, video və öz personajını yaratmağı öyrən

8 dərsHər dərs 1 saatZoom (canlı)Azərbaycan dilindəHər kəs üçün

Prompt yazmaqdan öz personajını yaratmağa və qısa video hazırlamağa qədər: AI ilə yaradıcı kontent yaratmağı praktik, addım-addım öyrənəcəksən.

Dərs proqramına bax
  1. Dərs 1: Giriş və prompt əsasları

    Mövzu: AI alətləri xəritəsi, hüquq və etika qaydaları (real adamın üzü, müəllif hüququ, AI etiketi), prompt strukturu: subyekt, mühit, stil.

    Praktika: İlk şəkil və 3 fərqli prompt.

  2. Dərs 2: Şəkil yaratmaq

    Mövzu: Alətlə şəkil yaratmaq, referans şəkil ilə işləmək, redaktə və təkmilləşdirmə.

    Praktika: Referansdan öz üslubunda şəkil.

  3. Dərs 3: İşıq, rəng və kamera

    Mövzu: İşıq növləri, rəng və əhval-ruhiyyə, planlar (ümumi, orta, yaxın), bucaq, lens və dərinlik, hamısını promptda necə yazmaq.

    Praktika: Eyni obyekt: 2 fərqli işıq və 2 kamera bucağı.

  4. Dərs 4: Öz personajını yaratmaq

    Mövzu: Obraz, xarakter, üslub, eyni personajı müxtəlif səhnələrdə saxlamaq.

    Praktika: Personajın 3 fərqli səhnəsi.

  5. Dərs 5: Şəkildən video və mətndən video

    Mövzu: Hərəkət promptları, qısa klip qaydaları, ssenari, kadrlar və promptlar.

    Praktika: Personajı 5 saniyəlik videoya çevirmək.

  6. Dərs 6: Cizgi film və realist video

    Mövzu: İki üslubun fərqi, hər birində necə işləmək, epizod qurmaq.

    Praktika: Eyni səhnə: biri cizgi, biri realist.

  7. Dərs 7: Real videonu AI ilə redaktə və montaj

    Mövzu: Fon və obyekt dəyişmək, üslub vermək, klipləri birləşdirmək, səs, formatlar (Reels, TikTok, YouTube), AI səhvlərini yoxlamaq.

    Praktika: Real klipi redaktə edib formata uyğun hazırlamaq.

  8. Dərs 8: Yekun layihə və təqdimat

    Mövzu: İştirakçı öz formatını seçir (cizgi film personajı, AI influencer, məhsul videosu və ya sosial media seriyası), təqdimat, geribildirim, portfolio və müştəriyə təklif.

    Praktika: Yekun layihənin təqdimatı.

Kursdan sonra

  • Aydın və dəqiq prompt yazırsan
  • İşıq və kamera ilə şəkli idarə edirsən
  • Öz personajını yaradırsan
  • Şəkildən və mətndən qısa video hazırlayırsan (cizgi film və ya realist)
  • Real videonu AI ilə redaktə edirsən
  • Yekun layihə ilə öz portfolionu başlayırsan
İşlədilən alətlər: ChatGPTNano BananaVeo 3SeedanceOmni Flash

Qiymət: 150 AZN Qiymət tezliklə 300 AZN olacaq.

Tezliklə

Kod bilmədən öz saytını qur

Claude Code ilə veb sayt hazırlamaq

Proqramlaşdırma bilmədən Claude Code ilə öz veb saytını qur. Proqram hazırlanır.

Claude Code Anthropic şirkətinin məhsuludur. Bu kurs müstəqildir və Anthropic ilə əlaqəli deyil.

Qeydiyyat

Formanı doldur, mən sənə kurs barədə yazım: ödəniş və başlama detalları. Sabit başlama tarixi yoxdur: kim müraciət edirsə, onunla başlayırıq. Müraciət etmək heç nəyi öhdəliyə salmır.

Məlumatlar yalnız kurs barədə əlaqə üçün istifadə olunur.