ideyadan vizuala

Süni intellektlə yaradılan şəkil və videolar

Əlaqə

Haqqımda

Salam, mən Khadi. AI ilə şəkil və video yaradan mütəxəssis və prompt mühəndisiyəm. İdeyaları dəqiq promptlar vasitəsilə diqqət çəkən vizuallara çevirirəm: sosial media postlarından məhsul təqdimat videolarına, brend personajlarından cizgi və sənədli filmlərə qədər. Studiya, model və böyük büdcə olmadan brendlərin və yaradıcı layihələrin ideyasını hazır işə çevirirəm.

Xidmətlər

Sosial media postları Məhsul təqdimat videoları Brend və reklam vizualları Brend personajı AI fotosessiya Vizualizasiya Cizgi filmlər Sənədli filmlər

Ənənəvi çəkiliş vs AI

Ənənəvi çəkiliş

  • VaxtGünlərlə planlama
  • HazırlıqStudiya, model, işıq
  • BüdcəBöyük büdcə
  • DüzəlişYenidən çəkiliş
  • İmkanlarMəkan və büdcə ilə məhdud

AI ilə (Khadi Visuals)

  • VaxtDaha sürətli
  • HazırlıqYalnız bir foto
  • BüdcəDaha sərfəli
  • DüzəlişTez düzəliş
  • İmkanlarGeniş yaradıcı imkanlar

Eyni nəticə. Seçim sənindir.

Layihəni müzakirə edək

Ən çox verilən suallar

İş necə gedir?

Əvvəlcə layihənizi və ideyanızı müzakirə edirik. Sonra mən konsepti və ilk variantı hazırlayıram, siz baxıb qeydlərinizi bildirirsiniz, düzəlişlərdən sonra hazır işi təhvil verirəm.

Nə qədər vaxt çəkir?

Müddət işin növündən və mürəkkəbliyindən asılıdır. Sadə şəkillər tez hazır olur, mürəkkəb videolar bir neçə gün çəkə bilər. Cizgi film və sənədli film kimi uzun layihələr isə daha çox vaxt tələb edir. Dəqiq müddəti layihəni görəndən sonra deyirəm.

Qiymət necə müəyyən olunur?

Qiymət işin növünə, sayına və mürəkkəbliyinə görə dəyişir. Layihəniz haqqında yazın, sizə fərdi təklif verim.

Düzəliş etmək olarmı?

Bəli. İlk variantdan sonra qeydlərinizə görə düzəlişlər edirəm. Düzəlişlərin sayı razılaşma zamanı dəqiqləşdirilir.

Mənə nə göndərmək lazımdır?

Çox hallarda məhsulunuzun və ya geyimin bir neçə keyfiyyətli fotosu və qısa izah kifayət edir. Studiya, model və çəkiliş lazım olmur.

İşləri hansı formatda alıram?

Şəkillər JPG və ya PNG, videolar MP4 formatında təhvil verilir. Sosial media üçün lazım olan ölçülərdə (şaquli, kvadrat, geniş) hazırlaya bilərəm.

Sizinlə necə əlaqə saxlaya bilərəm?

Email və ya Instagram vasitəsilə yaza bilərsiniz. Əlaqə məlumatları aşağıdakı bölmədədir.

Əlaqə

Layihəniz haqqında yazın, birlikdə həyata keçirək.